“Qızıl top”un sahibi məlum oldu


İngiltərənin “Mançester Siti” klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri Fransanın “France Football” jurnalının versiyasına görə 2023/24 mövsümündə dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”un sahibi olub.
Yeniavaz.com
xəbər verir ki, mükafatlandırma mərasimi Parisdəki “Chatelet” Teatrında baş tutub.
“Qızıl top” ilk dəfə olaraq Avropa Futbol Assosiasiyaları İttifaqı ilə birgə təqdim edilib.
Rodri 2023/24 mövsümündə Avropa çempionu olub və turnirin ən yaxşı oyunçusu seçilib. Eyni zamanda ispan futbolçu “Mançester Siti” ilə İngiltərə çempionu olub.
2023-cü ildə “Qızıl top”un qalibi Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu, səkkiz belə mükafata sahib olan və bu göstəriciyə görə rekord vuran Lionel Messi olub.
2003-cü ildən bəri ilk dəfə olaraq mükafata namizədlər siyahısına nə Messi, nə də “Əl-Nəsr”ın Səudiyyə Ərəbistanından olan portuqaliyalı hücumçusu Kriştianu Ronaldo yer alıb.
2024-cü il üçün namizədlər siyahısında 30 futbolçu yer alıb. Səsvermədə ikinci yeri İspaniyanın “Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius, üçüncü yeri isə “Real Madrid” klubunun digər oyunçusu, ingilis yarımmüdafiəçi Cud Bellinqem tutub.
Qadın futbolunda ardıcıl ikinci dəfə “Qızıl top”un qalibi İspaniya milli komandasının və “Barselona”nın futbolçusu Aitana Bonmati olub.
Qeyd edək ki, Rodrinin 28 yaşı var və 1960-cı ildən bəri “Qızıl top”u qazanan ilk ispan olub. Daha sonra mükafatı yarımmüdafiəçi Luis Suares alıb. Rodri 2019-cu ildən bəri “Mançester Siti”də oynayır. Daha əvvəl o, İspaniyanın “Atletiko Madrid” və “Vilyarreal” klublarında çıxış edib. Rodri İspaniya millisinin üzvü kimi 2022/23 mövsümündə Millətlər Liqasının qalibi olub və Avropa çempionatının (2021) bürünc mükafatını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top