“Qalatasaray” “Beşiktaş”ı məğlub etdi


“Trendyol” Super Liqasının 10-cu həftəsi “Qalatasaray” - “Beşiktaş” derbisinə şahidlik edib.
Yeniavaz.com
xəbər verir ki, RAMS Parkda keçirilən qarşılaşmada sarı-qırmızılılar rəqibini 2-1 hesabı ilə məğlub edib.
Okan Burukun yetirmələri 3 xal alaraq rəqibi ilə xal fərqini 8-ə yüksəldib.
“Qalatasaray”a 3 xalı gətirən qolları 13-cü dəqiqədə Davinson Sançes və 67-ci dəqiqədə Viktor Osimhen vurub.
Ağ-qara komandanın yeganə qolunu əlavə vaxtda Ernest Muçi vurub.

DİGƏR XƏBƏRLƏR

Top