Bayden prezident seçkilərində erkən səs verdi


ABŞ Prezidenti Co Bayden Delaver ştatındakı seçki məntəqəsində erkən ümumi seçkilərdə səs verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bayden də seçki məntəqəsinə gələn digər insanlar kimi səsvermədən əvvəl növbəyə dayanıb.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-də növbəti ümumi seçkilər keçiriləcək. Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris ən yüksək hökumət postu uğrunda mübarizə aparacaqlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. Harris indi Bayden administrasiyasında vitse-prezident vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top