“WhatsApp” kanallar üçün QR kodları sınaqdan keçirir


“WhatsApp” messenceri kanalların tapılmasını asanlaşdırmaq üçün funksiya hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu, yeni kanala qoşulmaq üçün QR kodları skan etməyə imkan verəcək.
Bildirilib ki, funksiya hazırda sınaq mərhələsindədir.
“WABetaInfo” “Android” 2.24.22.20 üçün “WhatsApp”ın ən son beta versiyasında yeni funksiya aşkar edib, lakin bu, hələ ki, beta testçiləri üçün əlçatan deyil.
Qeyd edilib ki, mesajda link göndərmək əvəzinə, QR kodu kanala qoşula bilən hər kəsə skan edib göstərmək olar.
“WhatsApp” QR kodları artıq hesablarınızı paylaşmaq və tətbiqin veb versiyasına daxil olmaq üçün istifadə edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top