“Ukraynadakı münaqişənin gələcəyi ABŞ prezident seçkilərindən asılıdır” – AP


“ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri Ukrayna münaqişəsinin gələcək inkişaf trayektoriyasını müəyyən edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Bildirilib ki, Kiyevə silah tədarükünün davam etdirilməsi və münaqişəyə son qoyulması perspektivləri birbaşa ABŞ-nin gələcək prezidentindən asılıdır, çünki Demokratlar Partiyasının namizədi Kəmalə Harris və onun Respublikaçı rəqibi Donald Trampın Ukraynaya gələcək dəstəklə bağlı fikirləri tamamilə fərqlidir. Eyni zamanda, Kiyev ümid edir ki, Amerikanın yeni administrasiyası davamlı dəstək, o cümlədən NATO-ya üzvlük ərizəsinin təsdiqi ilə bağlı əsas qərarlar qəbul edəcək.
Agentlik Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunun baş direktorunun müavini Malkolm Çalmersin fikrinə istinadən yazır ki, Harris seçkidə qalib gəlsə, o, Prezident Co Baydenin Ukraynanı dəstəkləmək siyasətini davam etdirəcək, eyni zamanda, Kiyevə Rusiya ərazisinin dərinliklərində zərbələr endirməsinə imkan verməyəcək. Ekspert hesab edir ki, Rusiya ilə genişmiqyaslı müharibədən qaçmaq istəyi Amerikanın əsas prioriteti olaraq qalacaq.
Çalmersin fikrincə, Tramp dövlət başçısı postunu tutsa, ABŞ-nin tam olmasa da, daha böyük ölçüdə Ukraynaya hərbi yardımı dayandıracağı ehtimalı yüksəkdir. Tədqiqatçının fikrincə, belə bir nəticə qüvvələr balansını Rusiyanın xeyrinə dəyişəcək. Eyni zamanda, agentlik respublikaçı namizədin gözlənilməzliyini qeyd edir.

DİGƏR XƏBƏRLƏR

Top