30 oktyabr tarixindən Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
“Dəyişikliyə səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətinin yaranmasıdır”, - məlumatda deyilib.