Bananın gömrük dəyəri 17 qəpik artıb


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 39 min 213,75 ton banan gətirilib.
Yeniavaz.com
-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin ilk 8 ayı ilə müqayisədə banan idxalı 21% və ya 6 min 794 ton artıb.
Yanvar-avqust aylarında idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 40 qəpik (82 sent) təşkil edib. Ötən ilin eyni dövründə idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri isə 1 manat 23 qəpik (72 sent) təşkil edib.
Məlumat üçün bildirək ki, ixdal olunan bananın 99,6%-i və ya 5 min 128,11 tonu Ekvadordan gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top