Ukraynada hərbi vəziyyətin və səfərbərliyin noyabrın 10-dan 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələri Ali Radaya təqdim edilib.
Yeniavaz.com Ukrayna parlamentinin saytına istinadla xəbər verir ki, qanun layihələrinin təşəbbüskarı Ukrayna Prezidenti Volodimir Zelenskidir.
Belə ki, qanun layihələrinə görə, hərbi vəziyyətin və səfərbərliyin qüvvəsinin fevralın 7-dək uzadılması təklif edilir.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.
Əvvəlki uzadılma müddəti noyabrın 9-da başa çatıb. Hərbi vəziyyətin mütəmadi olaraq uzadılması ölkədə parlament və prezident seçkilərinin keçirilməsini mümkünsüz edib.