Ermənistan gələn il müdafiəyə 1,7 milyard dollardan çox xərcləyəcək


Ermənistan hökuməti 2025-ci ildə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərcləmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan maliyyə naziri Vahe Hovhannisyan parlamentdə büdcə müzakirələri zamanı deyib.
“Müdafiə sektorunda xərclər 664,7 milyard dram (1,7 milyard dollardan çox) təşkil edəcək ki, bu da 2024-cü ildəki xərcləri 20% üstələyəcək. Nəticədə müdafiə xərcləri ÜDM-in 6%-ni təşkil edəcək”, - Hovannisyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top