Yerli saatla 20.07-də episentri Adananın Kozan rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələnin 20,13 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Adananın Kozan rayonunda baş verən 5 bal gücündə zəlzələnin ətraf əyalətlərdə də hiss edildiyini bildirib.
“AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları dərhal çöl baxışlarına başlayıb. Hazırda heç bir neqativ hal yoxdur. Allah ölkəmizi, millətimizi fəlakətlərdən qorusun", - nazir qeyd edib.