
İsrail İranın hərbi obyektlərinə zərbələr endirməklə İranın özünü müdafiə və raket istehsal etmə qabiliyyətinə ciddi zərbə vurub.
Yeniavaz.com İsrail mətbuatına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“İrana hücum dəqiq və güclü idi, bütün məqsədlərinə çatdı”, - deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, şənbə günü səhər tezdən İsrail qüvvələri İrandakı hərbi obyektlərə zərbələr endirib. İran məhdud ziyan və 4 hərbçinin öldüyünü bildirib.