Dünyanın ən böyük binasının tikintisinə başlanılır.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, tikintisinin 50 milyard dollara başa gələcəyi gözlənilən bina “The Mukaab” adlanır.
Onun tikintisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda planlaşdırılır. Kompleksin hündürlüyü 396 metr, eni isə 365 metr olacaq. Ticarət platformalarının, ofislərin və restoranların, o cümlədən 104 min yaşayış massivinin və doqquz min otel otağının yerləşdirilməsi planlaşdırılır.
Səudiyyə mənbələrinin məlumatına görə, binanın tikintisi 2030-cu ilə qədər tamamlanacaq. Binanın xarici divarları mənzərələri əks etdirmək üçün virtual reallıq texnologiyası ilə təchiz olunacaq. İnteryerdə süni intellektlə işləyən nəhəng holoqrafik proyeksiyalar olacaq.