Rusiya və Türkiyədən 9 manata gətirilən bal marketlərdə 37 manata satılır


Bu ilin yanvar-avqust aylarında xaricdən Azərbaycana 539,5 min dollar dəyərində 98 ton təbii bal gətirilib.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən idxal olunan təbii balın 1 kiloqramının orta gömrük dəyəri isə 9,3 manat (5,5 dollar) olub.
Qeyd edək ki, idxal olunan təbii balın 86%-i və ya 84,3 tonu 2 ölkənin – Rusiya və Türkiyənin payına düşüb.
Rusiyadan idxal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri 8,5 manat (5 dollar), Türkiyədən idxal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri isə 10 manat (5,9 dollar) olub.
Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında idxal olunan təbii balın 1 kiloqramının orta satış qiyməti marketlərdə 37 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top