Özbəkistanda yerli vaxtla saat 08:00-da parlamentə - Ali Məclisin Qanunvericilik Palatası və vilayət, şəhər və rayon xalq deputatları şuralarına seçkilər başlayıb.
Yeniavaz.com “Gazeta.uz”a istinadən xəbər verir ki, səsvermə saat 20:00-a qədər davam edəcək.
Bu il tarixdə ilk dəfə olaraq ölkədə parlament seçkiləri majoritar və proporsional sistemləri birləşdirən qarışıq sistemlə keçiriləcək.
Seçkilərdə ölkədə qeydiyyatdan keçmiş 5 siyasi partiya iştirak edir. Birmandatlı seçki dairələri üzrə 375, partiya siyahıları üzrə isə 500 namizəd qeydə alınıb.