
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından bu vəzifəyə namizəd Donald Tramp Avropa İttifaqını “mini Çin” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, Trampın sözlərini AFP sitat gətirib.
“Maşınlarımızı götürmürlər, kənd təsərrüfatı məhsullarımızı götürmürlər, heç nə götürmürlər. Aİ ilə 312 milyard dollar kəsiriniz var. Bilirsiniz, Aİ mini Çindir, hətta o mini də deyil”, - Tramp deyib.
Qeyd edək ki, Aİ-nin “Eurostat” statistik agentliyinin məlumatına görə, ötən il ABŞ-nin Avropa İttifaqı ilə mal ticarəti kəsiri 170,54 milyard dollar ekvivalentində 157,9 milyard avro təşkil edib.