Yürkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) “TUSAŞ-a xain hücumu dəstəkləyən şəxsin 6 ay TUSAŞ-da təcrübə keçdiyi” iddiasının doğru olmadığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DMM-in sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, sosial mediada iddiada adı keçən şəxsin TUSAŞ ilə heç bir əlaqəsi yoxdur:
"Şəxs iddia edildiyi kimi əvvəllər TUSAŞ şəhərciyində olmayıb. Xəbərin mövzusu “TEI Engine Industries” çərçivəsində həyata keçirilən “Aviation Engines School” distant təhsil proqramıdır. Proqram 2021-ci ilin mart ayından istifadəyə verilib və müvafiq fakültələrdə təhsil alan bütün tələbələrə iştirak etmək imkanı təqdim edilib. Təhsil heç də hərtərəfli deyil və yalnız tələbələr üçün əsas təhsil səviyyəsində verilir. Sosial məsuliyyət proqramı olan Aviasiya Mühərrikləri Məktəbi kursları onlayn platformada dərc olunur və qurum daxilində heç bir kurs keçirilmir”.
Xatırladır ki, Ankarada oktyabrın 23-də Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Türkiyədə qadağan edilən və terrorçu kimi tanınan PKK terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.