“KXDR-dən hərbçilər Kursk bölgəsinə gəlib” – “The New York Times”


“Şimali Koreyadan bir neçə min hərbi qulluqçu Rusiya hərbçiləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Kursk bölgəsinə gəlib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” Ukrayna və iki Amerika rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, KXDR Xalq Ordusunun elit bölməsinin hərbi qulluqçuları oktyabrın 23-dən Kursk vilayətinin qərb hissəsindədir. Hər gün gücləndirici qüvvələr gəlir və 28 oktyabr bazar ertəsi günü bölgəyə 5 minə qədər adamın çatdırılması gözlənilir. Şimali Koreya əsgərləri Uzaq Şərqdən İl-76 nəqliyyat təyyarəsi ilə köçürülür.
KXDR hərbçiləri hələ döyüşə girməyib və Rusiya komandanlığının onlara hansı rolu təyin edəcəyi, məsələn, onların da Ukrayna ərazisinə köçürülüb-köçürülməyəcəyi hələ aydın deyil.
NYT qeyd edir ki, Şimali Koreya qoşunları 1950-ci illərdən bəri müharibələrdə iştirak etmir və buna görə də hətta elit bölmələrin döyüş effektivliyi sual altındadır.

DİGƏR XƏBƏRLƏR

Top