Qəzzada son iki gündə 77 fələstinli öldü


İsrailin blokada altındakı Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son iki gündə 80-ə yaxın fələstinli ölüb, 290-a yaxın fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat verib.
“İsrail ordusunun son iki gündə Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar zamanı 77 nəfər ölüb, 289 nəfər yaralanıb”, - nazirlik bildirib.
Nazirlik həmçinin bildirib ki, İsrailin hərbi əməliyyatlara başladığı gündən bu günə kimi Qəzzada ölənlərin sayı 42 924, yaralananların sayı 100 833 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top