“İran İsrailə cavab hüququndan istifadə edəcək”


İran BMT Nizamnaməsinə əsaslanaraq özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, İran XİN İsrailin İrandakı bir sıra hərbi obyektlərə qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyir və bunu beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirir.
Bəyanatda həmçinin bildirilib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində də əksini tapmış qanuni müdafiəyə dair ayrılmaz hüququna əsaslanaraq, özünü xarici təcavüz aktlarından müdafiə etmək hüququ və öhdəliyi hesab edir.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın raket istehsalı obyektlərinə, həmçinin hava hücumundan müdafiə obyektlərinə hava zərbələri endirib. İsrail zərbənin İranın son aylarda İsrailə hücumlarına cavab olduğunu bildirib. İsrail Müdafiə Qüvvələrinin (IDF) İrana hücumunda 100-dən çox təyyarə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top