
Fransa Peşəkar Futbol Liqası (LFP) tərəfindən ödəniş etmək məcburiyyətində qalmasına baxmayaraq, “PSJ” keçmiş hücumçusu Kilian Mbappeyə 55 milyon avro ödəməyəcək.
Yeniavaz.com xəbər verir ki, LFP, Kilian Mbappenin ödənilməmiş maaşları və bonusları ilə bağlı PSJ-nin müraciətini rədd edib.
Parislilər bu qərara əməl etməyəcəklərini bildiriblər. Bildirilir ki, klub Fransa Futbol Federasiyası (FFF), milli olimpiya komitəsi və ya əmək məhkəməsi ilə mübahisəni davam etdirə bilər.
Qeyd edilir ki, PSJ buna görə transfer qadağası şəklində liqadan sanksiyalarla üzləşir.
Xatırladaq ki, Mbappe ilə “Real Madrid” arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu ispan nəhənginin heyətinə azad agent kimi qoşulub. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də çıxış edib.