BCM Monqolustanı Putinə görə cəzalandırmağa hazırlaşır


Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfəri zamanı həbsinə köməklik göstərməyən Monqolustanın işini Roma Statutunun iştirakçısı olan Dövlətlərin Assambleyasına göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında bildirilir.
“Beynəlxalq Cinayət Məhkəməsinin II Məhkəməyə hazırlıq Palatası qərar çıxarıb ki, Monqolustan cənab Putini öz ərazisində olarkən həbs edib məhkəməyə təhvil verməməklə məhkəmə ilə əməkdaşlıq tələbini yerinə yetirmədi ki, bu da Roma Nizamnaməsinin müddəalarına ziddir”, - məlumatda bildirilib.
Amerikanın “The Washington Post” qəzeti qeyd edir ki, BCM daha əvvəl Monqolustana qarşı “uyğun hesab etdiyi hər hansı tədbiri görə biləcəyini” bəyan edib. Bununla belə, hələlik yekun cəzanın nə olacağı bəlli deyil.
Xatırladaq ki, Vladimir Putin sentyabrın əvvəlində Monqolustana səfər edib. Bu, Rusiya prezidentinin həbsinə order verildikdən sonra BCM-nin yurisdiksiyasını tanıyan ölkəyə ilk səfər olub. Avropa İttifaqı və Ukrayna Monqolustan hakimiyyətini Putini saxlamağa çağırsalar da, bu baş verməyib. Ulan-Batorda Rusiya Federasiyasının rəhbəri fəxri qarovul dəstəsi ilə qarşılanıb və o, təntənəli kortejlə hava limanını sərbəst tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top