Bu ilin sentyabr ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 28,3 milyon manat ipoteka krediti verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bidirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə banklar tərəfindən verilən ipoteka kreditləri 14 milyon manat və ya 33% azalıb.
Məlumat üçün bildirək ki, sentyabr ayında banklar tərəfindən verilən ipoteka kreditinin orta nəbləği 63 min 658 manat olub. İpoteka kreditləri orta hesabla 6,37% ilə 281,5 ay müddətinə ayrılıb. İpoteka kreditinin orta aylıq ödənişi isə 453 manat olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ipoteka kreditləri orta hesabla 6,33% ilə ayrılıb və orta aylıq ödənişin məbləği isə 429 manat olub.
Elnur Əli