“Bu günə qədər İsrail hücumlarında 163 tibb işçisi öldü” – Livan səhiyyə naziri


Livanın Səhiyyə Nazirliyi İsrailin bombalaması və atəşə tutması nəticəsində tibb sektoru işçiləri arasında ölənlərin sayını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat verib.
O, Beyrutda keçirdiyi mətbuat konfransında bildirib ki, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan indiyədək 163 tibb işçisi İsrailin hücumlarının qurbanı olub. Bu hücumlar nəticəsində yaralananlarən sayı isə 272-yə çatıb.
“Biz İsrail ordusunun dövlət xəstəxanalarına və özəl klinikalara 55 zərbə endirməsi faktını qeydə almışıq. Onlardan 8-i tamamilə məhv edilib və fəaliyyətini dayandırıb, 36-sı isə maddi ziyana səbəb olub”, - səhiyyə naziri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top