Azərbaycanda bank filiallarının sayı azalıb – Son məlumatlar


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 24 min 696 nəfər işçi çalışır.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində bank işçilərinin sayı 5% və ya 1 166 nəfər artıb.
Son bir ay ərzində isə bank işçilərinin sayı 173 nəfər artıb.
Qeyd edək ki, son bir il ərzində ölkədə bank filiallarının sayı 491-dən 482-yə düşüb, bank şöbələrinin sayı isə dəyişməz qalıb.
Ötən ilin oktyabr ayının əvvəlində olduğu kimi bu ilin oktyabr ayının əvvəlində də bankların 88 şöbəsi olub.
Onu da bildirək ki, bank filialı və şöbələrinin sayından fərqli olaraq onlara məxsus ATM-lərin sayı son bir ildə 3 047-dən 3 140-a yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top