
İsrail ordusunun Livan ərazisinə hücumlarından dəyən iqtisadi zərər 20 milyard dolları keçə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “L'Orient-Le Jour” qəzeti Livan üzrə Müstəqil İşçi Qrupunun bir qrup livanlı ekspert və iqtisadçısının hesabatına istinadla məlumat yayıb.
Onlar hesab edirlər ki, İsrailin hücumları Livanın cənubunda və ölkə əhalisinin və işçi qüvvəsinin üçdə birinin yaşadığı Bekaa vadisində iqtisadiyyatın əksər sektorlarında iqtisadi fəallığı ləngidir.
Qeyd olunur ki, Livanın kənd təsərrüfatı torpaqlarının təxminən dörddə biri və qeydiyyatdan keçmiş 50 min müəssisə dağıdılıb ki, bu da onların ölkədəki ümumi sayının təxminən 60%-ni təşkil edir.
Hesabata görə, İsrailin Livana edilən hücumları nəticəsində dəyən iqtisadi zərər 20 milyard dolları keçə bilər.
Mütəxəssislər atəş altında olan ərazilərdə ifrat yoxsulluq içində yaşayan livanlıların nisbətinin iki dəfə artaraq ən azı 80%-ə çata biləcəyini proqnozlaşdırırlar.