
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Turin “Yuventus”unun yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək imkanını nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.
Məlumata görə, klub futbolçuya sərfəli təklif etməyə hazırdır. Ulduz yarımmüdafiəçi üçün “Los-Anceles” və “Marsel” də mübarizə aparır.
Qeyd edək ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçinin dopinq testində nəticəsi müsbət çıxıb. Bu ilin fevralında antidopinq məhkəməsi futbolçunun 4 il futboldan kənarlaşdırılması ilə bağlı qərar qəbul edib. Məhkəmənin Poqba ilə bağlı bu qərarından sonra o, apellyasiya şikayəti verib. Oktyabrın 7-də İdman Arbitraj Məhkəməsi (CAS) fransız yarımmüdafiəçinin cəzasını 18 aya endirdiyini açıqlayıb. Beləliklə, o, 2025-ci ilin martında rəsmi oyunlara qayıda biləcək.