Tramp seçkilərdə qalib gəlsə, Baydenin oğlunu əfv edə bilər


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, indiki Amerika Prezidenri Co Baydenin oğlu Hanter Baydeni əfv edə bilər.
Yeniavaz.com
xəbər verir ki, o bunu radio aparıcısı Hyu Hyuitin Hanter Baydenin həbs olunacağı təqdirdə onu əfv edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən bildirib.
“Mən bunu siyahıdan çıxarmazdım”, - deyə Tramp radio aparıcısının sualının cavabında qeyd edib.
O, həmçinin izah edib ki, 2016-cı ildə president seçkilərində qalib gələndə, Hillari Klintona qarşı cinayət işi açmaq və onu həbs etmək üçün hər cür imkanı var idi. Lakin Trampın əlavə etdiyi kimi, sonra o, bunu vicdansızlıq hesab edərək və Hillari Klintonun ABŞ-nin keçmiş birinci xanımı statusunu əsas gətirərək, bu fürsətdən imtina edib.
Qeyd edək ki, 2023-cü il dekabrın əvvəlində Amerika liderinin oğluna qarşı vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb. Prokurorlar onun milyonlarla dolları vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə xərclədiyini hesab edirlər. Onu bu ittihamlara görə, 17 ilə qədər həbs cəzası gözləyə bilər.
Bundan əlavə, 2024-cü ilin iyununda münsiflər heyəti Amerika liderinin oğlunu qanunsuz silah saxlamaqda da ittiham edib. Bu halda isə Hanter Bayden 25 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

DİGƏR XƏBƏRLƏR

Top