“HƏMAS-ın nümayəndə heyəti Qahirədədir” – KİV


“HƏMAS hərəkatının nümayəndə heyəti hazırda Qahirədədir və Misir tərəfi ilə danışıqlar aparır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, tərəflər hazırda Qəzza zolağında atəşkəsə nail olmaq yolunda duran maneələri aradan qaldırmaq yollarını müzakirə edirlər.
Mənbə bildirib ki, görüş Qahirənin Qəzzada atəşkəslə bağlı danışıqları bərpa etmək səyləri çərçivəsində keçirilir. Nümayəndə heyətlərinin tərkibi barədə məlumat verilmir, sadəcə qeyd olunur ki, Misir bu görüşdə yüksək səviyyəli təhlükəsizlik rəsmiləri tərəfindən təmsil olunur.
HƏMAS hələlik bu məlumata münasibət bildirməyib.
Qeyd edək ki, bundan əvvəl HƏMAS İsraili Qəzza zolağında, xüsusən də Fələstin anklavının şimalında hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün bir sıra ölkələrlə təmasları gücləndirəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top