Holan gələn yay “Real Madrid”ə keçə bilər


““Mançester Siti”nin hücumçusu Erlinq Holan “Real Madrid”ə keçmək istəyir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, tərəflər arasında qarşılıqlı maraq var. Holanın “Mançester Siti” ilə müqaviləsində sərbəst qalma maddəsi var - norveçli hücumçu 150 milyon avroya transfer edilə bilər.
Qeyd olunur ki, Erlinqin “Real Madrid”ə keçidi gələn ilin yayında baş tuta bilər.
Xatırladaq ki, Holan 2022-ci ildən “Mançester Siti”də çıxış edir. O, əvvəllər Dortmund “Borussiya”sında çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top