
Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC-nin problemli kreditləri artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 3 rübünün yekununda “Paşa Bank”ın vaxtı keçmiş kreditləri 151 milyon 530 min manat olub.
Bu ilin əvvəli ilə müqayisədə bankın problemli kreditləri 40 milyon 301 min manat və ya 36,2% artıb.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı 4,7%-ə olub. Bu ilin əvvəlində bu göstərici 3,8% təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda bank sektoru üzrə problemli kreditlər ümumi kreditlərin 1,7%-nə bərabərdir.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
Elnur Əli