Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə, Azərbaycanda banklar tərəfindən 14 milyard 408,1 milyon manat biznes kreditləri verilib.
Yeniavaz.com xəbər verir ki, banklar tərəfindən verilən biznes kreditlərinin 61%-i və ya 8 milyard 787 milyon manatı 4 bankın - “Paşa Bank” ASC, Azərbaycan Beynəlxalq Bankı (ABB), “Kapital Bank” ASC və “Xalq Bank” ASC-nin payına düşüb.
Ən çox biznes krediti verən bank isə “Paşa Bank” olub.
Oktyabr ayının 1-nə olan məlumata görə, “Paşa Bank” 2 milyard 943,8 milyon manat biznes krediti verib və bu göstərici son 3 ayda 4,2% artıb.
Ən az biznes krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub.
Bu bank cəmi 0,4 milyon manat biznes krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda biznes kreditlərini ən çox artıran bank “AFB Bank” ASC olub.
Bu bankın biznes kreditləri son 3 ayda 19,4% artıb.
Biznes kreditləri ən çox azalan bank isə İran Milli Bankının Bakı fililalı olub.
Bu bankın biznes kreditləri son 3 ayda 8,7% azalıb.
Azərbaycanda fəaliyyət göstərən bank tərəfindən verilən biznes kreditlər aşağıdakı kimi olub:
Elnur Əli