MİT TUSAŞ şəhidlərinin qisasını belə aldı – Anbaan video


Xəbər verdiyimiz kimi, ötən gün “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Yeniavaz.com
"TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) şəhidlərin qanını yerdə qoymayıb.
Belə ki, MİT-in yaydığı açıqlamada Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə aid bir çox məntəqənin hədəfə alındığı bildirilib.
Əməliyyatda Suriya və Şimali İraqda terror təşkilatına aid strateji nöqtələr hədəf alınıb.
Qeyd edilib ki, PKK/YPG-nin kəşfiyyat, enerji, infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəfi məhv edilib.
“Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan hədəfə çatana qədər əməliyyatlarını fasiləsiz olaraq davam etdirəcək”, - deyə məlumatda bildirilib.
Əməliyyatın görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top