“Ankaradakı terror aktında PKK-nın əli var” – Əli Yerlikaya


Türkiyə hakimiyyəti Ankaradakı TUSAŞ obyektindəki terror aktını PKK tərəfindən törədildiyini hesab edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Ankarada jurnalistlərə açıqlama verib.
“Xidmətlərimizə çatan məlumatlara görə, terror təşkilatı PKK-nın hücumda iştirak etdiyini kifayət qədər dəqiqliklə deyə bilərik”, - Yerlikaya bildirib.
Qeyd edək ki, terror aktı “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) paytaxt Ankaranın Kahramankazan rayonunda yerləşən obyektlərindən birində baş verib. Bu şirkət aviasiya və kosmik məhsullar, dronlar və silahlar istehsal edir. Bir kişi və bir qadın olan iki terrorçu oğurlanmış taksi ilə ərazinin girişinə gəliblər. Onlar qara forma geyinib, pulemyot və tapançalarla silahlanıblar. Onların bel çantalarında əlavə döyüş sursatı və partlayıcı maddələrin olduğu bildirilir. Onlar girişdə partlayıcıları işə salıblar və əraziyə daxil olaraq mühafizəçilərlə atışmaya başlayıblar.
Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 5-ə çatıb , 22 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanadan buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top