
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla ABŞ arasında 972 milyon 795,4 min dollar dəyərində ticarət dövriyyəsi olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın ümumi ticarət dövriyyəsində ABŞ-nin payı 2,8% olub.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ ilə ticarət dövriyyəsi 2,5 dəfə artıb. Belə ki, ötən ilin ilk 9 ayı ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 395 milyon 135,4 min dollar olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində Azərbaycandan ABŞ-yə ixrac 8,3 milyon dollardan 113,4 milyon dollara, Azərbaycanın ABŞ-dən idxalı isə 386,8 milyon dollardan 859,4 milyon dollara yüksəlib.
Elnur Əli