“Los Angeles Lakers” basketbol klubunun oyunçuları LeBron Ceyms və Bronni Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində rəsmi oyuna çıxan ilk ata və oğul olub.
Yeniavaz.com xəbər verir ki, “Los Angeles Lakers”-“Minnesota” matçı Bronni Ceyms üçün debüt matçı olub. Basketbolçular ikinci hissənin bitməsinə dörd dəqiqə qalmış birlikdə meydançaya daxil olublar. LeBron Ceyms 16 xal, oğlu Bronni Ceyms isə bir ribaund vurub.
NBA-in adi mövsüm matçında “Los Angeles Lakers” “Minnesota”nı öz meydanında qəbul edib və oyun 110:103 hesabı ilə ev sahibinin xeyrinə başa çatıb.
Matçın ən məhsuldar oyunçusu 36 xal toplayan qalib “Los Angeles Lakers”in oyunçusu Entoni Devis olub. Məğlub “Minnesota”da isə ən çox xalı Entoni Edvards toplayıb - 27 xal.
Qeyd edək ki, LeBron Ceyms “Lakers” ABŞ milli komandasının tərkibində dördqat NBA çempionu olub. O, həm də Amerika komandasının tərkibində üçqat Olimpiya çempionu titulunu qazanıb.
Bronni Ceyms isə iyulun 3-də klubla yeni müqavilə imzalayıb. Oyunçu əvvəllər “Sierra Canyon High School” komandasında oynayıb. O, bu komanda üçün 25 oyunda o, hər oyunda orta hesabla 4,8 xal, 2,8 ribaund və 2,1 asistlə yadda qalıb.