Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026/27 mövsümündə Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün iddialı olan şəhərləri müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Arança Rodriges “X” sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, 2027-ci ilin final oyunu ya Bakıda, Olimpiya Stadionunda, ya da Madriddə, “Atletico Madrid”in ev oyunlarını keçirdiyi “Wanda Metropolitano” stadionunda keçiriləcək.
Qadınlar arasında Çempionlar Liqasının 2026/27 mövsümünün həlledici matçına Varşava (Milli Stadion), Barselona (Kamp Nou), Bazel (Sent Yakob-Park) və Kardiff (Milli Stadion) iddialıdır.
UEFA hər iki oyunun ev sahibini 2025-ci ilin mayında müəyyən edəcək.