İsrail “Hizbullah”ın daha bir komandirini öldürdü


İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şimalındakı Əl-Hirmil şəhəri yaxınlığında hava hücumu zamanı “Hizbullah” hərəkatının aviasiya bölməsinin pilotsuz uçuş aparatları (PUA) üzrə mötəbər eksperti Xəlil Amxazın öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Xəlil Amxaz  “Hizbullah”ın 127-ci aviasiya bölməsi üçün mühüm təcrübə və bilik mənbəyi olub və hərəkatın kamikadze və kəşfiyyat PUA-larının hazırlanması və İsrailə buraxılmasına cavabdehlik edib.
Mətbuat xidməti qeyd edib ki, zərbə oktyabrın 20-də İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
“Son bir ay ərzində İsrail Hərbi Hava Qüvvələri bu bölməyə aid olan onlarla terrorçu hədəfi vurub”, - mətbuat xidməti əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top