
Mütəxəssislər irimiqyaslı DDoS hücumu ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin (XİN) resurslarının funksionallığını bərpa etməyə çalışırlar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Məlumata görə, nazirliyin internet platformasına hücumla əlaqədar Zaxarova ilə gündəlik brifinq Moskva vaxtı ilə saat 14:00-a təxirə salınıb.
Diplomat istifadəçiləri mobil və ya digər cihazlardan Rusiya Xarici İşlər Nazirliyinin saytına müvəqqəti daxil olmamağa çağırıb.
Rusiya XİN-in rəsmi nümayəndəsinin brifinqi Moskva vaxtı ilə saat 10:00-a planlaşdırılıb, lakin tədbirin yayımlandığı XİN-in saytı fəaliyyətini dayandırıb.