Livanın cənubundakı döyüşlər zamanı daha bir İsrail hərbçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölən 42 yaşlı ehtiyatda olan mayor Aviram Harivdir.
O, “Alon” ehtiyat piyada briqadasında xidmət edib.
Məlumatda həmçinin, onun Cənubi Livandakı döyüşdə həlak olduğiu bildirilib.
Qeyd edək ki, bundan bir qədər əvvəl ordu ölkənin şimalında sərhəd bölgəsində baş verən insident nəticəsində daha bir hərbçisinin öldüyünü, daha 3 hərbçisinin yaralandığını bildirib.