Sığorta yığımlarının 70 faizi “Paşa Sığorta”nın payına düşüb – 9 ayda 710 milyon manat


Bu ilin ilk 9 ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 1 milyard 23 milyon 707 min manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqları 9,4% və ya 87 milyon 772 min manat artıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk 9 ayında yığılan sığorta haqlarının 69,3%-i və ya 709,5 milyon manatı “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri tərəfindən toplanıb.
Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 111 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 80 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 88%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Qala” və “Atəşgah” şirkətinin əlində cəmlənib.
Bu ilin ilk 8 ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 900,5 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 1,5 milyon manatlıq yığımla “Bakı Sığorta” və 5,3 milyon manatlıq yığımla “İpək Yolu Sığorta” şirkətləri olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top