
ABŞ-nin keçmiş prezidenti, yenidən ABŞ-nin ən yüksək dövlət postuna namizəd Donald Tramp Hitlerdə olanlar kimi tam sadiq generallara ehtiyacı olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu iddia çərşənbə axşamı “The Atlantic” jurnalında dərc olunan məqalədə yer alıb.
Jurnalın iki mənbəsinin sözlərinə görə, Tramp prezident olarkən Ağ Evdəki söhbətlərındən birində: “Mənə Adolf Hitlerin olduğu kimi generallara ehtiyacım var”, - deyib.
“Onlar ona tamamilə sadiq idilər və onun əmrlərini yerinə yetirirdilər”, - respublikaçı o zaman izah edib.
Nəşr həmçinin Trampın Ağ Ev aparatının keçmiş rəhbəri Con Kellidən də sitat gətirib. O da nəşrin yazdığına görə, Trampın Hitlerin generallarının sədaqətindən danışdığını bildirib.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respubkiaçı Donald Trampın əsas rəqibi demokrat Kamala Harris olacaq.