Texas Baş prokuroru Baydeni məhkəməyə verdi


Texas ştatının baş prokuroru Ken Pakston ABŞ Prezidenti Co Bayden administrasiyasını ştatda qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığının yoxlanılması çağırışına cavab vermədiyinə görə məhkəməyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi çəlimat yayıb.
Agentliyin qeyd etdiyi kimi, ABŞ-də federal seçkilərdə qeyri-vətəndaşların iştirakı qanunsuzdur və rəsmi yoxlamalar az da olsa, belə halların olduğunu müəyyən edib.
Eyni zamanda, Respublikaçı namizəd Donald Tramp iddia edir ki, qarşıdan gələn seçkilərdə Amerika vətəndaşlığı olmayan daha çox insan Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verə bilər.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top