Beyrutdakı xəstəxananın altında ən azı yarım milyard dollar nağd pul və külçə qızıl olan “Hizbullah” bunkeri var.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Xüsusi brifinqdə İDF sözçüsü Daniel Haqari ölkənin Hərbi Hava Qüvvələrinin paytaxt da daxil olmaqla, Livanda “Hizbullah”ın maliyyə infrastrukturuna son hücumlarının təfərrüatlarını açıqlayıb.
O, həmçinin Beyrutun Dahiya rayonunda yerləşən “Əl-Sahel” tibb müəssisəsinin altında yerləşən bunker də daxil olmaqla, hücuma məruz qalmayan bəzi obyektlərin 3D təsvirlərini təqdim edib.
“Bu bunker birbaşa Beyrutun mərkəzində - Dahiyadakı “Əl-Sahel” xəstəxanasının altında yerləşir. Biz hesab edirik ki, orada ən azı yarım milyard dollar pul və qızıl ola bilər. Bu vəsaitlər Livan dövlətini dirçəltməyə qadirdir”, - Həcəri bildirib.