DYP qeyri-sabit hava şəraiti ilə bağlı yollarda qabaqlayıcı tədbirlər görür


Qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, intensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaranıb:
“Buna baxmayaraq, gücləndirilmiş iş rejimində çalışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib, qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılıb.
Eyni zamanda yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb”.

DİGƏR XƏBƏRLƏR

Top