
Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya diplomatik departamenti məlumat yayıb.
“Almaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Berlinin təşəbbüsü ilə Şərqi Almaniyanın Rostok şəhərində Almaniya Hərbi Dəniz Qüvvələrinin qərargahı əsasında NATO dəniz komandanlığının regional qərargahının yaradılması ilə əlaqədar sərt etiraz bildirilib”, - məlumatda deyilir.
“Vaşinqton, Brüssel və Berlin bilməlidirlər ki, NATO-nun hərbi infrastrukturunun keçmiş GDR ərazisinə genişləndirilməsi ən mənfi nəticələrə səbəb olacaq və Rusiya tərəfinin müvafiq cavabı olmadan qalmayacaq”, - nazirlik qeyd edib.