Milli Məclisin bu gün keçirilən iclasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklik müzakirə olunub.
Yeniavaz.com xəbər verir ki, dəyişiklik öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinətin verilməsindən bəhs edir.
Qeyd edək ki, öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.