Tuneldə boğularaq ölən 2-ci şəxsin də meyiti sudan çıxarılıb


Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin cəsədi aşkar edilib
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. 
Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Onu da bildirək ki, bir-neçə saat əvvəl Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldən FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top