Milli Məclis tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "NUR-E.A." MMC (VÖEN - 1603932001) olub.
Milli Məclis xüsusi dizaynla hazırlanmış, üzərində basqılı Milli Məclis logosu olan 2 800 ədəd kağız paketin satın alınmasına görə “NUR-E.A." MMC-yə 20 min 838 manat 80 qəpik ödəyəcək.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, bir ədəd kağız paketin qiyməti 9 manat 50 qəpik təşkil edəcək.
Məlumat üçün bildirək ki, "NUR-E.A." MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur.
Elnur Əli