Tuneldə boğularaq ölən şəxslərdən birinin meyiti sudan çıxarılıb – Video


Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolan tuneldə axtarış-xilasetmə tədbirlərindən sonra 1 nəfərin meyiti sudan çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İctimai TV-nin yaydığı məlumatda isə bildirilir ki, tuneldə 2-3 nəfərin boğulduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top