İdxal olunan kürü əvəzedicilərinin qiyməti 32 manatdan 14 manata düşüb


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xaricdən 33,5 ton balıq kürüsünün əvəzediciləri idxal olunub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının orta gömrük dəyəri 8,4 dollar (14,4 manat) olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 19,4 ton balıq kürüsünün əvəzediciləri idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 18,7 dollar (32 manat) olub.
Onu da bildirək ki, bu ilin ilk 8 ayında ölkəyə 3,6 ton nərə balıqlarının kürüsü də idxal olunub və  nərə balıqlarının kürüsünün 1 kiloqramının orta gömrük dəyəri 300 dollar (510 manat) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top